Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti zamanı Belarus prezidenti Aleksandr Lukaşenko ŞƏT-in fəaliyyətinin əsas məsələlərini açıqlayıb...
Poliqon bu barədə BELTA agentliyinə istinadən xəbər verir.
Beləliklə, Belarus lideri Avrasiyada bölünməz təhlükəsizlik mexanizmlərinin yaradılmasını təklif edib. Lukaşenko xüsusilə xatırladıb ki, Belarus 21-ci əsrdə Avrasiya Müxtəliflik və Çoxqütblülük Xartiyasının hazırlanması təşəbbüsü ilə çıxış edib.
Onun sözlərinə görə, Minsk həmçinin ŞƏT-in Təhlükəsizlik Çağırışlarına və Təhdidlərinə Qarşı Mübarizə üzrə Universal Mərkəzinin, eləcə də ŞƏT-in Narkotiklərlə Mübarizə Mərkəzinin yaradılması üzrə işi alqışlayır.
Bundan əlavə, Belarus prezidenti ticarət prosedurlarının sadələşdirilməsini təklif edib.
Poliqon.info