Müəllif:Mehin Qasımova,Banco.az
Yaponiya sənaye şirkətlərinin əməliyyat mənfəəti aprel-iyun aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 11,5% azalaraq,11,3 trilyon yen (76,6 milyard dollardan çox) təşkil edib.
Banco.az xəbər verir ki, ölkənin Maliyyə Nazirliyindən verilən məlumata görə, ardıcıl ikinci rübdür ki, azalır.
Ən böyük itkilərə avtomobil və digər nəqliyyat vasitələri istehsalçıları məruz qalıb - aprel-iyun aylarında onların əməliyyat mənfəəti 27,9% azalıb.
Əsas səbəb ABŞ prezidenti Donald Tramp administrasiyasının Yaponiya məhsullarının idxalına tətbiq etdiyi rüsumların artırılmasıdır.
Avtomobillərin gömrük tarifləri 27,5%-ə qaldırılıb. Tokio iyul ayında Amerika iqtisadiyyatına böyük investisiyalar vəd etmək müqabilində rüsumları 15%-ə endirməyə razılaşdı, lakin bu qərar hələ də həyata keçirilməyib.
Xəbər verildiyi kimi, bu, daha çox ABŞ-ın Yaponiyaya Amerika düyü tədarükündə növbəti artıma nail olmaq niyyəti ilə bağlıdır, lakin o, hələ də razılığını verməyib.