AZ

“Nottingem Forest” braziliyalı qapıçı ilə anlaşdı

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Braziliyalı qapıçı Con Viktor "Botafoqo"dan "Nottingem Forest"ə keçib. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

29 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Viktor karyerası ərzində  Braziliyanın "İnternasional", "Santos" və "Botafoqo", eləcə də İspaniyanın "Valyadolid" klubunda çıxış edib. O, ötən mövsüm 39 oyun keçirib ki, onun da 15-də qapısını toxunulmaz saxlayıb. Viktor bu yay ABŞ-da keçirilən Klublararası Dünya Çempionatında "Botafoqo"nun əsas qolkiperi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
sport24.az

1Mənbələr