AZ

Cənab Santuş, məqsədin nədi?

Yığmanın baş məşqçisi Fernando Santoş ötən cümə İslandiya və Ukrayna ilə seçmə oyunlar üçün çağırdığı heyəti açıqladı. Bəs daha kimləri çağırmaq olardı?

Bədavi Hüseynov oyun praktikasından əziyyət çəksə də, mövsüm ərzində cəmi bir oyuna çıxsa da, komandasında forma mübarizəsində uduzduğu futbolçular əsl əjdahalardı. Santuş bir oyunu az bilibsə, niyə başqa 1 oyuna çıxan, yaxud heç çıxmayan futbolçuları çağırıb? Rüfət Abbasov niyə əsas milliyə çağrılmır? Artıq əsas komanda ilə məşqlərə qatılmaq vaxtıdı axı.

Həmçinin Edqar Adilxanov hansı keyfiyyətlərinə görə Şahin Şahniyarovdan geri qalır? Görəsən, Ozancan Kökçünün oyununu izləyirlər? Yoxsa əvvəl çağrılıb deyə şablondan çıxmaq istəmirlər? Elvin Camalov çağrılan hansı dayaq yarımmüdafiəçisindən zəifdi?

Mehdi Cənnətovdan isə danışmaq istəmirəm, AFFA belə Santuşun yalanını qəbul etmədi, tərəfində durmadı. Kaş bu sualları yuxudan durandan sonra güzgünün qabağına keçən Santuş da özünə verəydi.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
17
football-plus.az

1Mənbələr