AZ

Məktəbli ləvazimatlarının qiymətində artım valideynləri narahat edir - Video

Yeni tədris ilinin başlanmasına az vaxt qalmış valideynlər məktəbli ləvazimatları üçün alış-verişə başlayıb. Lakin qiymətlərdəki artım alıcıları narahat edir. Bu barədə ATV xəbərin videosujetində qeyd olunub. 

Satıcıların məlumatına görə, ötən illə müqayisədə bu il məktəb ləvazimatlarının qiymətləri 3-5 manat yüksəlib. Ən çox bahalaşan məhsullar çanta, rəngli qələmlər və dəftərlərdir. Məsələn, çantaların qiyməti 15-60 manat arasında dəyişir və keçən ilə nisbətən 5 manata qədər artıb. Rəngli qələmlərin qiyməti isə 1 manatdan başlayaraq 15 manata qədərdir.

Normal məktəb ləvazimatlarının ümumi dəyəri təxminən 50 manat təşkil edir. 100 vərəqli dəftərin qiyməti 70 qəpik, termoslar isə 5-10 manat arasında satılır.

Valideynlər qiymət artımının ailə büdcəsinə ciddi təsir etdiyini bildirir. Bir neçə məktəblisi olan ailələrdə xərclər 2-3 dəfə artır. Müşahidələrə əsasən, bir məktəblinin minimal ləvazimat xərci 100-120 manat civarındadır.

Seçilən
29
1
anews.az

2Mənbələr