AZ

Məşhur aşpazı dəri xərçəngindən müalicə aldığını açıqladı

Ajans.az BBC-ə istinadən xəbər verir ki,58 yaşlı kulinar bazal hüceyrəli karsinomanın — melanoma olmayan dəri xərçənginin bir növünün aradan qaldırıldığını vurğulayaraq həkimlərə təşəkkür edib. Ramsay şənbə günü “Instagram” paylaşımında tibbi komandasının “sürətli reaksiyası”na görə “çox minnətdar” olduğunu yazıb. “Xahiş edirəm, bu həftə sonu günəşdən qoruyucu kreminizi unutmayın. Söz verirəm, bu üz gərdirmə deyil, amma pulumu geri istəməliyəm”, – deyə zarafatla qeyd edib. Paylaşımda Ramsayın qulağının altına qoyulmuş sarğı diqqət çəkib. Televiziya hakimi Robert Rinder də daxil olmaqla bir çox sosial media istifadəçisi aşpaza dəstək mesajları ünvanlayıb. Xərçəng Araşdırma Böyük Britaniya isə Ramsaya uğurlar arzulayaraq günəşdə təhlükəsizliyin vacibliyinə diqqət çəkdiyinə görə ona təşəkkür edib. NHS məlumatına görə, bazal hüceyrəli karsinoma melanoma olmayan dəri xərçənginin ən geniş yayılmış formalarından biridir və adətən uğurla müalicə oluna bilir. Bu xəstəlik əsasən günəş və ya süni ultrabənövşəyi şüalar nəticəsində yaranır və ən çox üz, boyun, əllər kimi günəşə məruz qalan nahiyələrdə qeyri-adi böyümə və ya ləkə şəklində özünü göstərir. Mütəxəssislər günəşdən qoruyucu vasitələrdən istifadə etməyi və onları mütəmadi olaraq yeniləməyi, həmçinin kölgədə qalmaq və dərini örtmək kimi tədbirlər görməyi tövsiyə edirlər. Gordon Ramsay daha çox “Hell's Kitchen” və “Ramsay's Kitchen Nightmares” proqramları, həmçinin Michelin ulduzlu restoranları ilə tanınır.

 

Seçilən
64
Ajans.az

1Mənbələr