AZ

Maldiv Prezidenti Azərbaycan liderini ölkəsinə səfərə dəvət etdi

BAKI, 1 sentyabr. TELEQRAF

Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşü olub.

Teleqraf xəbər verir ki, söhbət zamanı ölkələr arasında turizm və insanlararası təmasların artırılması baxımından böyük potensialın olduğu bildirilib.

Görüşdə Azərbaycandan Maldivə birbaşa uçuşların turizmin inkişafında roluna toxunulub, viza prosedurunun sadələşdirilməsi, qarşılıqlı investisiyalar sahələrində əməkdaşlıq, həmçinin ölkələrimiz arasında hüquq-müqavilə bazasının genişləndirilməsi məsələləri müzakirə olunub

Məhəmməd Muizzu dövlət başçısını Maldivə rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

Seçilən
68
teleqraf.com

1Mənbələr