ain.az bildirir, sport24.az portalına istinadən.
Misli Premyer Liqasında III turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az xəbər verir ki, altı qarşılaşmada ümumilikdə 7584 tamaşaçı qeydə alınıb.
"Sumqayıt" - "Şamaxı" matçında (1:1) 2700, "Neftçi" - "Turan Tovuz" görüşündə (0:1) 2084, "Zirə" - "Kəpəz" (5:0) duelində 700, "Araz-Naxçıvan" - "Qəbələ" oyununda (2:1) 100, "Karvan-Yevlax" - "Qarabağ" (0:2) oyununda 800, "Sabah" - "İmişli" (0:1) matçında 1200 tərəfdar tribunada əyləşib. Qeyd edək ki, Premyer Liqada IV tura sentyabrın 12-də start veriləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.