ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.
AzVision.az xəbər verir ki, keçirilən sorğuların nəticələrinə istinad edən “The Wall Street Journal (WSJ)” nəşri belə məlumat yayıb. Ekspertlər bu tendensiyanın səbəbini sözügedən ölkələrin vətəndaşlarının miqrantların sayının artması və iqtisadiyyatın zəifləməsindən narazı olması ilə əlaqələndirirlər. “Fransada millətçi “Milli Birlik” partiyası bu il keçirilən sorğularda ardıcıl olaraq liderlik edir. Keçən ay “Elabe” şirkətinin apardığı sorğu bu partiyanın lideri Jordan Bardellanın 36% bəyənmə reytinqi ilə ölkənin ən populyar siyasətçisi olduğunu göstərdi”, - qəzet yazır. Böyük Britaniyada Naycel Farajın rəhbərlik etdiyi “Brexit” hərəkatının keçmiş tərəfdarı “Reform UK” anti-immiqrasiya partiyasının reytinqi son altı ayda kəskin şəkildə yüksəlib. Beləliklə, “Reform UK” hazırda ölkənin ənənəvi əsas partiyalarını - hakim Leyboristlər partiyasını və müxalif Mühafizəkarlar partiyasını xeyli geridə qoyub. Almaniyada ifrat sağçı “Almaniya üçün Alternativ (AfD)” partiyası ilin əvvəlindən hakim koalisiyada yerlərin əksəriyyətinə sahib olan Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqının (XDİ/XSİ) mərkəzçi-sağçı mühafizəkar alyansı ilə bərabər etimada malikdir. Ölkənin aparıcı sorğu agentliklərindən biri olan “Forsa” mərkəzinin məlumatına görə, AfD 2025-ci ilin aprelindən bəri ilk dəfə son həftələrdə XDİ-ni geridə qoyub. Qeyd edək ki, sərt anti-miqrant siyasəti aparan və ənənəvi dəyərlərin tərəfdarı, qlobal liberalizmə qarşı barışmaz mövqe Donlad Trampın Ağ Evə qayıdışından sonra Avropada millətçilərin və sağçıların mövqeləri daha da güclənməyə başlayıb. Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.