"Yuventus" klubu "Leyptsiq"in hücumçusu Loi Openda heyətində cəlb edir.
Offsideplus.az xəbər verir ki, klublar belçikalı futbolçu barədə razılığa gəlib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Qoca sinyora" eyni zamanda Edon Jegrova transferini də bitirir. Onlar Avropada transferin son günündə hər iki futbolçunun keçidini vaxtında çatdırmağa çalışır.
Openda satınalma şərti ilə birlikdə icarəyə götürüləcək. Jegrova üçün isə "Lill"ə 15 milyon avro ödənəcək.