Mehmet Ali Erbil qayınanası ilə gərginlik
Ajans.az Haber Global-a istinadən xəbər verir ki,Cütlüyün münasibətləri iki ildən artıqdır qeyri-sabit olub, dəfələrlə ayrılıq və barışıq yaşanıb. Ayrılıqlar zamanı hər iki tərəf sərt açıqlamalar verib. Hətta Erbil bəzi hallarda Ceylanın sözlərinə görə hüquqi addımlar atıb. Yeni evlənənlərin toy mərasimində Gülseren Ceylanın ailəsinin iştirak etməməsi diqqət çəkib. Ceylan açıqlamasında anasının münasibəti heç vaxt qəbul etmədiyini və bu səbəbdən uzun müddətdir görüşmədiklərini deyib. “Anamın bu qədər sərt davranması xoş deyil. Bu, məni sevmədiklərinin göstəricisi idi. Mən buna layiq deyildim. Amma biz bir-birimizi sevirik. Mehmet Ali məni tərk etmədiyi müddətcə bu münasibətdən əl çəkməyəcəyəm”, – deyə Gülseren Ceylan bildirib.