
ABŞ prezidenti Donald Trampın keçmiş vəkili və Nyu-Yorkun sabiq meri Rudi Culiani avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Bu barədə onun mühafizə rəhbəri Maykl Ragusa sosial şəbəkə X-də məlumat verib. Hadisə ABŞ-ın Nyu-Hempşir ştatında baş verib.Qəza nəticəsində Culianinin döş fəqərələri, sol qolu, ayağının aşağı hissəsi zədələnib, həmçinin bir neçə kəsik və göyərmə alıb. Hadisə avqustun 30-da baş verib — respublikaçının keçmiş vəkilinin avtomobilinə arxadan yüksək sürətlə çırpılıblar.Buna baxmayaraq, 81 yaşlı Culianinin əhvalı yaxşıdır. Ragusanın sözlərinə görə, Nyu-Yorkun sabiq meri artıq sağalmağa doğru gedir.Ulusum.az
Diqqət Çəkənlər
Tramp Çikaqoda federal nəzarət hədəsi ilə çıxış etdi
Analizsiz vitamin qəbul etmə: gizli risklər
Tramp Pentaqonu “Müharibə Nazirliyi” adlandırmaq istəyir