AZ

Türkiyə Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında mühüm rol oynayır -Putin

Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, Türkiyə Ukrayna münaqişəsinin həllində xüsusi rol oynamağa davam edəcək.

Redaktor.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, V.Putin bunu Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.

"Əminəm ki, Türkiyənin bu məsələlərdə xüsusi rolu bundan sonra da tələb olunacaq", - Rusiya Prezidenti qeyd edib.

O, Ukrayna nizamlanmasında siyasi-diplomatik səylərə töhfəsinə görə Türkiyəyə minnətdarlığını bildirib.

Seçilən
48
5
redaktor.az

6Mənbələr