AZ

Marko Asensio "Fənərbaxça" üçün İstanbulda

"Fənərbaxça"nın razılıq əldə etdiyi PSJ-nin futbolçusu Marko Asensio İstanbula yollanıb.

Missiya.Az "haberglobal"a istinadən xəbər verir ki, şəxsi təyyarə ilə Sabiha Gökçen Hava Limanının Ümumi Aviasiya Terminalına gələn Asensio sarı-göylü klub rəsmiləri tərəfindən qarşılanıb.

Bildirilib ki, o, tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq.

Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi bundan öncə "Malyorka", "Real Madrid", "Espanyol", "Aston Villa" və "Paris Saint-Germain" klublarında çıxış edib.

İlahə QənbərliMissiya.Az

Seçilən
45
missiya.az

1Mənbələr