Bu gün “Trend” Beynəlxalq İnformasiya Agentliyinin təsis olunmasının ildönümüdür.
Operativ Media xəbər verir ki, agentliyin yaranmasından artıq 30 il keçir.
“Trend” 1995-ci il sentyabrın 1-də fəaliyyətə start verib. 2010-cu ildə qurum Asiya və Sakit okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) qəbul olunub. 2006–2007-ci illərdə Azərbaycanda “KİV sahəsində ən yaxşı şirkət” adına layiq görülüb. 2008-ci ildə isə “Brand Award Azerbaijan” mükafatında “İlin eksklüziv informasiya agentliyi” seçilib. Elə həmin il Avrasiya Televiziya və Radio Akademiyası “Trend”i regionun ən sürətlə inkişaf edən media resurslarından biri kimi qiymətləndirib.
Hazırda agentliyin Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan, Özbəkistan və bir sıra Avropa ölkələrində müxbir şəbəkəsi var. “Trend” Azərbaycan dili ilə yanaşı ümumilikdə 5 dildə xəbər istehsal edir.
Operativ Media “Trend” kollektivini təbrik edir.