AZ

"Yuventus" "Leyptsiq"in hücumçusunu transfer etdi

"Yuventus" "Leyptsiq"in hücumçusu Lois Openda ilə razılığa gəlib.

Operativ Media xəbər verir ki, Turin klubu 25 yaşlı belçikalı üçün bonuslar daxil olmaqla 40 milyon avro ödəyəcək.

Openda 2023-cü ildən "Leypsiq"də çıxış edir. Bu müddət ərzində o, 93 oyun keçirib, 41 qol vurub və 18 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilin yayında başa çatır.

Seçilən
68
operativmedia.az

1Mənbələr