Yeni qaydalara əsasən, texnologiya sahəsində çalışan əcnəbilər illik gəlirləri azı 25 min ABŞ dolları ekvivalentində olduqda yaşayış icazəsi ala biləcəklər. Bunun üçün müvafiq gəlir arayışı təqdim edilməlidir.
Qanunvericiliyə görə, Gürcüstanda müvəqqəti yaşayış icazəsi 6 aydan 3 ilədək müddətə verilir. Bu müddət hər dəfə 3 ildən çox olmayaraq uzadıla bilər, lakin ümumilikdə 12 ildən artıq olmamalıdır.
Sənəddə həmçinin qeyd olunub ki, İT sahəsində çalışan əcnəbinin müvəqqəti yaşayış icazəsi, onun ardıcıl 12 ay ərzində ölkə ərazisində 183 gündən çox olmaması halında qüvvədən düşür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31