AZ

“Trend” brenddir! - Vüqar Rəhimzadə

Bakı. Trend:

2025-ci il sentyabrın 1-də Trend BİA mühüm mərhələni -yaranmasının 30 illiyini qeyd edir.

Bu illər ərzində Trend kiçik redaksiyadan Cənubi Qafqaz, MərkəziAsiya və Xəzər regionunda mühüm hadisələri işıqlandıran, regiondaaparıcı və nüfuzlu çoxdilli agentliklərdən birinə çevrilib.

Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlikbütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələrarasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiyamedia bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrindəlazımi platformalar yaradılıb və onların əsasında agentlik buregionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.

Milli Məclisin deputatı Vüqar RəhimzadəTrend-in 30 illiyi ilə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, “Trend” Beynəlxalq İnformasiya Agentliyininyaranmasından 30 il ötür:

“Trend” 1995-ci il sentyabrın 1-də fəaliyyətə başlayıb. Həminvaxtdan etibarən keçilən 30 illik yol nəticəsində bu gün “Trend”Beynəlxalq İnformasiya Agentliyi müstəqil Azərbaycanın mediasektorunda liderlər sırasında qərarlaşıb. Azərbaycan millimətbuatının yaranmasından 150 illiyinin qeyd olunduğu ildə 30yaşını qeyd edən Agentlik ötən illər ərzində şərəfli yol keçərəkbugünkü inkişaf səviyyəsinə çatıb. Qafqazda və Xəzəryanı regiondaaparıcı xəbər istehsalçılarından hesab olunan agentliyinməlumatları Azərbaycan, rus, ingilis, türk və fars dillərindəyayımlanır. Qərəzsiz informasiya siyasəti yürüdən agentlik işinibeynəlxalq tələblərə uyğun qurub. “Trend” dünyanın aparıcı xəbəragentlikləri ilə əməkdaşlıq edir, agentliyin xəbərləri dünyanıninformasiya resurslarında da yayımlanır.

“Trend” ölkədən və regionda baş verən hadisələrə diqqətayırmaqla milyonlarla oxucusuna müxtəlif sahələr üzrə operativxəbərlər təqdim edir. Xəbərləri ilə dünya auditoriyasını əhatə edənİnformasiya Agentliyi 30 illik fəaliyyəti dövründə müxtəlifmükafatlara layiq görülüb. 2010-cu ildə "Trend" Asiya və Sakitokean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzvqəbul edilib. "Trend" 2006-2007-ci illərdə Azərbaycanda "KİVsahəsində ən yaxşı şirkət" seçilib. “Trend” “İlin eksklüzivinformasiya agentliyi” nominasiyasında "Brand AwardAzerbaijan-2008" milli mükafatına layiq görülüb. AvrasiyaTeleviziya və Radio Akademiyası 2008-ci ildə “Trend”i "Avrasiyadadaha dinamik inkişaf edən resurs" hesab edib.

Ötən 30 ildə əldə edilən uğurlar böyük məsuliyyət, peşəkarlıq,inam və etimadın vəhdətindən yaranıb. Media orqanı öz işini müasirinkişaf tendensiyalarına, rəqəmsal texnologiyalara, beynəlxalqstandartlara uyğun quraraq peşəkar komanda ilə operativ, qərəzsizxəbərlər təqdim edir. Agentlik müasir texnologiyaların tətbiqinəticəsində qlobal informasiya məkanına inamla daxil olaraq, dünyailə ayaqlaşan müasir medianın bir parçasına çevrilib. Azərbaycanhəqiqətlərinin təbliği missiyasını hər zaman yüksək peşəkarlıqlahəyata keçirilir. İnformasiya şəffaflığı, milli maraqlarınqorunması “Trend” Beynəlxalq İnformasiya Agentliyinin fəaliyyətindəhər zaman prioritetdir.

“Trend” Azərbaycan dövlətinin mediaya, söz və məlumat azadlığınayaratdığı şəraitdən uğurla yararlanaraq xarici və daxiliinformasiya məkanında möhkəmlənib. Operativ, dəqiq, qərəzsizinformasiyaları, analitik yazıları ilə media məkanında özünəməxsusyeri və rolu olan, liderlər sırasındakı mövqeyini hər zaman qoruyubsaxlayan “Trend” Beynəlxalq İnformasiya Agentliyi gələcəyə doğruböyük inamla addımlayır.

“Trend”də çalısan həmkarlarımı 30 illik yubileyləri münasibətilətəbrik edir, peşəkar və məsuliyyətli fəaliyyətlərində yeni uğurlararzulayıram".

Məqalədə:
Seçilən
45
2
az.trend.az

3Mənbələr