AZ

“Putin dekabrda Hindistana gələcək” – Modi — ÖZƏL

Olaylar.az xəbər verir ki, Hindistan Baş Naziri Narendra Modi Rusiyanın Prezidenti Vladimir Putini bu ilin dekabrında keçiriləcək 23-cü Rusiya-Hindistan sammitində səbirsizliklə gözlədiklərini bildirib. Modi bildirib ki, "1,4 milyard hindli sizi dekabr ayında 23-cü sammitimizdə səbirsizliklə gözləyir".

Baş nazir Moskva ilə Yeni Dehlinin "xüsusi və üstün tərəfdaşlıq münasibətlərinin dərinliyi və genişliyi"ni vurğulayıb. O qeyd edib ki, "Hindistan və Rusiya həmişə ən çətin vəziyyətlərdə bir-birinin yanında olub. Bizim sıx əməkdaşlığımız yalnız iki ölkənin xalqı üçün deyil, həm də qlobal sülh, sabitlik və rifah üçün önəmlidir".

Modi Putinə görüş üçün təşəkkürünü bildirərək onu dost adlandırıb və hər görüşün xatırlanacaq bir təcrübə olduğunu qeyd edib. "Hər görüşdə bir çox məsələlər üzrə məlumat mübadiləsi aparmaq imkanı əldə edirik. Daim əlaqədəyik və tərəflər arasında yüksək səviyyəli görüşlər mütəmadi olaraq keçirilib", - deyə Modi əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
30
olaylar.az

1Mənbələr