AZ

Bloomberg: Ukrayna əhalisinin böyük hissəsi ərazi güzəştlərinin qaçılmaz olduğunu anlayır - ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin Bloomberg agentliyinin kolumnisti Maks Hestinqs hesab edir ki, Ukrayna əhalisinin böyük hissəsi ölkənin sülh yolu ilə məsələləri həll etmək üçün müəyyən ərazilərdən imtina etməli olacağını anlayır. "Demək olar ki, bütün Ukrayna indi bir il əvvəl etmədiyi şeyi qəbul edir - ölkənin şərqindən müəyyən torpaqları verməli olacağı, yalnız bu halda sülh üçün ümidlərin ola biləcəyi", - Hestinqs yazır. Kolumnist bildirir ki, son üç ildə 6 milyondan çox insan Ukraynanı tərk edib, onların arasında ən təhsilliləri də var, gənclər isə hərbi çağırışdan yayınmağa çalışır.
Məqalədə qeyd olunur ki, Moskvanın hazırda danışıqlarda güzəştə getmək üçün stimulu yoxdur, çünki ABŞ və Avropanın mövqeləri zəif görünür. NATO ölkələri hazırda xarici rəqiblərdən çox "sabit olmayan ABŞ ilə" başa çıxmaqdan narahatdır. Hestinqs yazır: "Avropalılar prezident Donald Trampı sakitləşdirməyə, onun müttəfiqlərə qarşı çıxışlarını yumşaltmağa və prezident Volodimir Zelenskini müqaviməti davam etdirməyə kömək etməyə çalışır". Kolumnist ən ehtimal olunan ssenari kimi ABŞ-nin Ukrayna məsələsinə marağını itirməsi və tədricən sülh prosesindən çıxmasını göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
olaylar.az

1Mənbələr