Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısı çərçivəsində Rusiya Prezidenti Putinlə Çində görüşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə regional və ikitərəfli məsələlər ətarfında ətraflı müzakirə aparılıb.
Görüşdə Ukrayna savaşının sülhlıə yekunlaşması üçün Türkiyənin səyləri müsbət dəyərləndirilb. Putin bu səylərə görə Ərdoğana təşəkkür edib: "Biz Türkiyəni həm ikitərəfli əlaqələrdə, həm də beynəlxalq arenada etibarlı və özünü sübut etmiş tərəfdaş kimi görürük”.
Lamiyə Əhmədli
MİA.AZ