Rusiyanın “Kalaşnikov” konserni 5.45 mm-lik kiçik qabaritli AM-17 avtomatının ilk təcrübə partiyasını istehsal edib.
“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, bundan əvvəl avtomat hərbi və dövlət sınaqlarını uğurla keçib.
AM-17, “Kalaşnikov”un konstruktor-texnoloji mərkəzində hərbi qulluqçuların tapşırığı əsasında perspektivli özünümüdafiə silahı kimi döyüş texnikası heyətləri üçün, həmçinin ordunun xüsusi bölmələrinin və hüquq-mühafizə qüvvələrinin silahlanması üçün layihələndirilib. Kiçik qabaritli avtomat hazırlanarkən müasir avtomatik atıcı silahlara qoyulan bütün tələblər nəzərə alınıb. Xüsusi hərbi əməliyyat zonasında alınan rəylər əsasında məmulata bir sıra dəyişikliklər edilib. AM-17 sifarişçinin maraqlarına uyğun yeni sınaqlara hazırdır, təcrübə-konstruktor işləri tam başa çatıb.
Avtomatdan atəş açmaq üçün Rusiya Ordusunun silahlanmasında olan bütün 5.45 mm-lik döyüş patronlarından istifadə olunur.
AM-17 kiçik qabaritli avtomatın əsas texniki xüsusiyyətləri:
Kalibr, mm – 5.45
İstifadə olunan patron – 5.45×39
Maqazin tutumu, patron – 30
Atış tempi, güllə/dəq. – 850±50
Avtomatın kütləsi (maqazin, qayış və ləvazimat olmadan), kq – 2.5±0.1
Avtomatın uzunluğu mm, ən çox:
yürüş vəziyyətində – 490
döyüş vəziyyətində – 750