Bakı. Trend:
2025-ci il sentyabrın 1-də Trend BİA mühüm mərhələni -yaranmasının 30 illiyini qeyd edir.
Bu illər ərzində Trend kiçik redaksiyadan Cənubi Qafqaz, MərkəziAsiya və Xəzər regionunda mühüm hadisələri işıqlandıran, regiondaaparıcı və nüfuzlu çoxdilli agentliklərdən birinə çevrilib.
Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlikbütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələrarasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiyamedia bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrindəlazımi platformalar yaradılıb və onların əsasında agentlik buregionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.
Azərbaycan Respublikasının Xalq yazıçısı, AzərbaycanYazıçılar Birliyinin sədri Anar Rzayev Trend-in 30 illiyi iləbağlı fikirlərini bölüşüb.
O qeyd edib ki, Trend etibarlı media resursudur.
"Trend Beynəlxalq İnformasiya Agentliyi oxucular üçün dəqiq,operativ, etibarlı bir media resursudur. Müstəqilliyimizin ilkillərindən bu günə qədər keçilən şərəfli 30 il Trend-i gücləndirib,ölkəmizdə, həmçinin, beynəlxalq aləmdə nüfuzlu bir agentliyəçevirib. İctimai-siaysi, iqtisadi, elm, təhsil, mədəniyyətsahələrində ən oxunaqlı xəbərlər, dərin təhlil və araşdırmayazıları Trend-in peşəkar komandasının əməyinin nəticəsidir.Xüsusuilə də Azərbaycan mədəniyyətinin təbliği sahəsində Trend-inmüstəsna xidmətləri var. Bu yubiley günündə agentliyin bütünkollektivini səmimi qəlbdən təbrik edirəm, doğma Azərbaycanımızaxidmət yolunda yeni uğurlar arzulayıram", - o bildirib.