"Rusiya ilə Azərbaycan arasında mövcud əməkdaşlıq ölkələrimiz üçün çox vacibdir. Hər iki tərəf çalışır ki, münasibətlər yaxşılaşsın",– Overçuk bildirib.
Digər tərəfdən, Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, bu gün Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammiti çərçivəsindəİlham Əliyev ilə Vladimir Putinin görüşü gözlənilir.
![]() |
Rusiya və Azərbaycan Baş nazirlərinin müavinləri görüşəcəklər |
Xatırladaq ki, avqustun 22-də Həştərxan şəhərində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə rusiyalı həmkarı Aleksey Overçukun rəhbərliyində iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçirilib. Tərəflər protokol imzalayıblar.
Firudin Həmidli
AzVision.az