AZ

Şahmatçılarımızın FİDE reytinqində mövqeyi

ain.az, sport24.az saytına istinadən bildirir.

FİDE şahmatçıların yeni reytinq cədvəli açıqlayıb. Sport24.az xəbər verir ki, sentyabr ayı üçün müəyyənləşən "Top-100"də Azərbaycanın 7 şahmatçısı yer alıb.

Şahmatçılarımızdan yenə ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur. 5 pillə geriləyən qrossmeysterimiz 2741 xalla 16-cı yerdə qərarlaşıb.

Bir rəqibini özündən irəli buraxan Teymur Rəcəbov (2692) 38-ci yerə enib. Rauf Məmmədov (2651) da 5 pillə geriləyib – 70-ci yer. Eltac Səfərli (2630) isə "100"ü "99"a dəyişib.

Cədvələ 2839 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

Qadınların cədvəlində ən yaxşı təmsilçimiz Günay Məmmədzadədir. 2390 reytinq xalına malik şahmatçı 1 pillə irəliləyərək 51-ci yerə yüksəlib.

Ülviyyə Fətəliyeva (2385) 13, Gövhər Beydullayeva (2368) 2 pillə yuxarı qalxıb. Onlar müvafiq olaraq, 58-ci və 72-ci yerdədirlər.

Qadınların reytinq cədvəlinə çinli Yifan Hou başçılıq edir – 2609 xal.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
3
sport24.az

4Mənbələr