Çinin Tyançzin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dövlət başçılarının Şurasının iclasında Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsi ilə bağlı növbəti açıqlamalar verib.
Editor.az xəbər verir ki, Putin iddia edib ki, Ukraynadakı “böhran” guya Qərbin təxribatı nəticəsində yaranıb. O, Rusiyanın genişmiqyaslı işğalını “Kiyevdə Qərb tərəfindən dəstəklənən dövlət çevrilişinin nəticəsi” adlandırıb.
Rusiya prezidenti əlavə edib ki, “münaqişənin əsas səbəbləri aradan qaldırılmalı, qüvvələr balansı bərpa olunmalıdır”. O, həmçinin Qərbin Ukraynanı NATO-ya cəlb etmək cəhdlərini müharibənin başlıca səbəblərindən biri kimi göstərib.
//Samir Qurbanov, Editor.az