Bu gün Ukraynanın müraciəti əsasında Brüsseldə NATO-Ukrayna Şurasının fövqəladə iclası keçiriləcək.
APA xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa özünün “X” hesabında məlumat verib.
Onun sözlərinə görə, iclasın keçirilməsində əsas məqsəd Rusiyanın Ukraynaya havar zərbələrinə müştərək formada effektiv cavab verilməsi yollarını müzakirə etməkdir.