AZ

Sarayda sosial evlər inşa ediləcək

ain.az bildirir, Metbuat portalına istinadən.

Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonunun Saray qəsəbəsində çoxmənzilli yaşayış binaları inşa etdirəcək

Metbuat.az xəbər verir ki, agentlik qəsəbənin 4,5 ha torpaq sahəsində yerləşən 8 və 9 nömrəli 16 mərtəbəli, 10,11 və 12 nömrəli 12 mərtəbəli çoxmənzilli yaşayış binalarının və 13 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi üçün 42 milyon 179 min 408 manat manat vəsait xərcləməyi planlaşdırır.

Müvafiq işlər üzrə tender elan edilib və podratçı axtarılır.

Qeyd edək ki, namizədlər təkliflərini təqdim etmək üçün 6326 manat iştirak haqqı ödəməlidirlər.

Təkliflərin son təqdimolunma tarixi isə oktyabrın 16-dır. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
11
metbuat.az

10Mənbələr