AZ

“Aİ missiyası Ermənistan sərhədində qalacaq” – Səfir arxayın danışır...


Avropa İttifaqı (Aİ) öz mandatına uyğun olaraq Ermənistanda monitorinq missiyasını davam etdirəcək və indiki məqamda hər hansı dəyişikliyə ehtiyac yoxdur. Bunu Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos “Azadlıq” radiosuna deyib.

"Bildiyim qədər, Ermənistan xalqı və hakimiyyət orqanları Aİ-nin Ermənistandakı missiyasını alqışlayır. O, fəaliyyətini davam etdirir. Və hər hansı dəyişikliyə ehtiyac olarsa, bunu üzv dövlətlərimizlə və təbii ki, Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyik. Amma indiki mərhələdə Ermənistan ictimaiyyətini əmin etmək istəyirəm ki, Aİ missiyası öz mandatına uyğun olaraq fəaliyyətini davam etdirəcək", - Aİ səfiri bildirib.

Vaşinqtonda sazişin paraflanmasından sonra hər hansı müzakirələrin olub-olmaması ilə bağlı suala Maraqos belə cavab verib: "Vurğulamalıyam ki, Aİ-nin Ermənistandakı missiyası Ermənistan hakimiyyətinin tələbi ilə buradadır və nə qədər lazımdırsa, burada qalacaq. Bu, sülh və nizamlanma alətidir. Biz bunu tam dəstəkləyirik".

Xatırladaq Ermənistan və Azərbaycan arasında sülh razılaşmasına görə, tərəflər ümumi sərhədləri boyunca hər hansı üçüncü tərəf qüvvələrini yerləşdirməkdən çəkinəcəklər.

ZÜMRÜD

Seçilən
14
2
baki-xeber.com

3Mənbələr