AZ

Rusiya Ursula Fon der Lyayenin təyyarəsinin GPS sistemini sıradan çıxardı – FT


Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin təyyarəsi Bolqarıstanın Plovdiv hava limanına məcburi eniş edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, pilot təyyarəni analoq xəritələrdən istifadə edərək endirmək məcburiyyətndə qalıb.
Təyyarənin GPS sisteminə Rusiya tərəfindən müdaxilə olunduğu ehtimal olunur.
“GPS bütün hava limanı ərazisində söndürülüb. Bu, şübhəsiz ki, kənar müdaxilə ilə bağlı baş verib”, - deyə nəşrin mənbələrindən biri bildirib.
Nəşrin məlumatına görə, hava limanı ətrafında bir saatlıq uçuşdan sonra pilot təyyarəni əllə idarə edərək endirmək qərarına gəlib.
Seçilən
63
1
yeniavaz.com

3Mənbələr