Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq "BakuBus" MMC paytaxtda sərnişinlərin rahat və fasiləsiz daşınmasını təmin etmək üçün xüsusi tədbirlər görür.
Bu barədə "BakuBus" MMC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bütün marşrut xətləri marşrut pasportlarında nəzərdə tutulan intervallar əsasında idarə olunur.
"Günün pik saatlarında sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə xəttə əlavə rezerv avtobuslar buraxılacaq və bunun nəticəsində marşrutlar üzrə intervallar azaldılacaq".
""BakuBus" MMC gündəlik monitorinqləri davam etdirir, sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün operativ tədbirlər görür", - deyə məlumatda qeyd olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta