AZ

Rumiyə Ağayeva qəzaya düşdü

Tanınmış aktrisa Rumiya Ağayeva Bakıda yol qəzasına düşüb.

Kulis.azxəbər verir ki, bu barədə o, öz instaqram hesabından məlumat yayıb.

Aktrisa Bakıda, Zorge parkı yaxınlığında taksi sürücüsü ilə toqquşaraq, qəza keçirib.

Onun sözlərinə görə, taksi sürücüsü “Yol ver” nişanını pozaraq yola çıxıb. Həmçinin qəza törədən şəxsin sığortası olmadığından məsələ daha da qəliz hal alıb.

Aktrisanın sözlərinə görə, taksi sürücüsü əvvəlcə zərəri ödəyəcəyəcətinə söz versə də, vədlərə əməl etməyib, daha sonra isə ümumiyyətlə ödənişdən imtina edib.

Rumiya Ağayeva məsələnin məhkəmə yolu ilə həll ediləcəyini qeyd edib.

Seçilən
34
5
kulis.az

6Mənbələr