AZ

Zirəddin Rzayev fenomenal şəxsdir Səbuhi Rəhimli

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Zirəddin Rzayev bürc proqnozu vermir və astrologiya ilə məşğul olmur”. 

Bu sözləri astroloq Səbuhi Rəhimli “Cebheinfo.az”-a açıqlamasında deyib.

O, Zirəddin Rzayevlə 20 ilə yaxındır dost olduqlarını bildirib: 

“Onun mənim “YouTube” kanalımda da kifayət qədər çıxışları olub. Zirəddin bürc proqnozu vermədiyini və astrologiya ilə məşğul olmadığını açıqlayıb. Lakin bəzi media subyektləri baxış yığmaq üçün bəzən ağıllarına gələnləri bürc proqnozu kimi yazırlar, yanına da Zirəddin Rzayevin şəklini qoyurlar. Hərçənd ki, onun həmin proqnozlarla qəti əlaqəsi yoxdur. Məsələn, tez-tez “3 bürc milyonçu olacaq” kimi yalan proqnozlar yazırlar. Hərçənd ki, hansısa bürcə görə milyonçu olmaq mümkün deyil”. 

Ekspert Zirəddin Rzayevi fenomenal şəxs adlandırıb:

“Hesab edirəm ki, Zirəddin Rzayev fenomenal şəxsdir. O, fenomenal qabiliyyətli telepatdır. Yəni itən əşyaları və cinayətkarları tapır, nəyinsə yerini bilir. Onun qeyri-adi bacarığı var”. 

Səbuhi Rəhimli şahidi olduğu maraqlı hadisələri də danışıb: 

“Mən Moskvada Zirəddin Rzayevin qonağı olmuşam və üç gün evlərində qalmışam. O vaxt Moskva Prokurorluğundan səhər tezdən evə gəldilər və 7-8 il əvvəl bir nəfərin öldürülüb meşədə basdırıldığını, amma onu tapa bilmədiklərini dedilər. Zirəddin Rzayev onun yerini dəqiqliklə tapdı, hətta həmin adamı neçə nəfərdin öldürdüyünü belə özü dedi.

Qış, hər yer qar və palçıq idi. Buna baxmayaraq, Zirəddin Rzayev dəqiq tapdı. Bir dəfə də yoldaşlarla ov ördəyi yeyirdik. Zirəddində telepatın yaxşı olduğunu dedim, yoldaşlar inanmadılar. Ona zəng etdim, elə bir az danışan kimi dedi ki, ördəkdən mənə saxlayın. Yəni adam çox güclü telepatdır”. 

Elmir Mustafa 

“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
cebheinfo.az

2Mənbələr