AZ

Rusiyadan inanılmaz həmlə: Leyeni görün nəyə məcbur etdilər

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Avropa Komissiyasının (AK) sədri Ursula von der Leyenin olduğu təyyarənin GPS sisteminin sıradan çıxması məlumatı təsdiqlənib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Avropa İttifaqının (Aİ) sözçüsü “Reuters” agentliyinə açıqlama verib.

Bildirilib ki, hadisə avqustun 31-də Bolqarıstana uçuş zamanı yaşanıb, lakin təyyarə təhlükəsiz eniş edib:

“Bizdə olan məlumata görə, bu, Rusiyanın açıq-aşkar müdaxiləsi ilə baş verib”.

Bundan əvvəl “Financial Times” qəzeti mənbələrə istinadən yazmışdı ki,  Leyeni daşıyan təyyarə bir gün əvvəl Bolqarıstanın Plovdiv hava limanında GPS sistemi olmadan enməyə məcbur olub.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
globalinfo.az

1Mənbələr