AZ

Bakı Sumqayıt yolunda “BYD” “Vaz”la toqquşub Video

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Sumqayıt istiqamətində hərəkətdə olan “BYD” və “Vaz 2107” markalı avtomobillər toqquşub.

Belə ki, Biləcəri qəsəbəsindən magistrala birləşən hissədə nəqliyyat vasitələri bir-birinə çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
2
qafqazinfo.az

3Mənbələr