AZ

ATƏT-in sədri və Baş katibi Minsk qrupunun ləğvini alqışlayıb

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Feridun Sinirlioğlu və ATƏT-in fəaliyyətdə olsan sədri Finlandiyanın xarici işlər naziri Elina Valtonen Azərbaycan və Ermənistanın birgə müraciətindən sonra Minsk prosesi və əlaqəli strukturlarının bağlanması haqqında Nazirlər Şurasının qərarını alqışlayır.

Xezerxeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə ATƏT-in saytında məlumat dərc olunub.

“Bu diplomatiyanın nəyə nail ola biləcəyini bizim diqqətimizə çatdıran tarixi bir irəliləyişdir. Hətta, onilliklərlə davam edən münaqişə və etimadsızlığa baxmayaraq, bu onu göstərir ki, tərəflər arasında ortaq zəmin tapmaq üçün lazımi qətiyyət olarsa, razılığa gəlmək mümkündür”, - Baş katibi Feridun Sinirlioğlu vurğulayıb. 

ATƏT sədri Elina Valtonen isə bir daha Ermənistan və Azərbaycanı münasibətlərin normallaşdırılması və sülhə doğru tarixi razılaşmalar münasibətilə təbrik edib: “Mən vaxt itirmədən bu iki ölkənin müştərək müraciətinə baxdım və proses ərzində hər iki ölkənin mükəmməl səviyyədə göstərdiyi əməkdaşlığını yüksək qiymətləndirirəm”. 
ATƏT-in fəaliyyətdə olan sədri və ATƏT-in Baş katibi Ermənistana, Azərbaycana və bütövlükdə regiona davamlı sülh və sabitlik gətirən səylərin dəstəklənməsinə sarsılmaz sadiqliklərini təsdiq ediblər.

Bildirilib ki, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının qərarı Cənubi Qafqazda dayanıqlı sülh yolunda yeni addımdır.

Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair  qərar qəbul olunub.

Seçilən
51
8
xezerxeber.az

4Mənbələr