“Kalaşnikov” konserni 5,45 mm-lik AM-17 avtomatının ilk pilot partiyasını istehsal edib.
Herbiand.az konsernin mətbuat xidmətinə istinadən bildirir ki, avtomat əvvəllər hərbi və dövlət sınaqlarından uğurla keçib.
Qeyd edilib ki, AM-17 “Kalaşnikov” Dizayn və Texnologiya Mərkəzində hərbi qulluqçuların göstərişi ilə döyüş maşınlarının ekipajları üçün perspektivli özünümüdafiə silahı kimi, həmçinin xüsusi təyinatlıların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının silahlanması üçün hazırlanıb.
Əvvəllər bildirilirdi ki, AM-17 silahlanmaya 1979-cu ildə qəbul edilmiş AKS-74U avtomatını əvəz etməlidir.
Avtomatın atış mövqeyində ümumi uzunluğu 750 mm, istifadə olunan patron 5,45×39 mm, maqazin tutumu 30 mərmi, çəkisi (maqazinsiz, kəmər və aksesuarsız) 2,5 kq-dır.
Bəxtiyar CƏFƏRLİ