AZ

5 milyonluq üzüyünü bu dəfə festivalda göstərdi Video

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun xanımı Corcina Rodrigez 82-ci Venesiya Film Festivalına qatılıb.

“Qafqazinfo” xəbər verir ki, o, qırmızı xalçadan keçərkən 5 milyonluq üzüyünü nümayiş etdirib. Bu da sosial şəbəkələrdə müzakirəyə çevrilib.

Xatırladaq ki, bir müddət öncə ulduz futbolçu sevgilisi Corcinaya evlilik təklifi etmişdi. Onun aldığı üzük isə dünya mediasında günlərlə müzakirə olunmuşdu.

Qeyd edək ki, Ronaldonun beş övladı var. Cütlük  2016-cı ildən münasibətdədir.

Həmin görüntüləri təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
3
qafqazinfo.az

4Mənbələr