AZ

Moskva Ankaraya S 440 lərin təmirini təklif edib

Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, Rusiya Federasiyasının Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev belə açıqlama səsləndirib. “S-400 ilə bağlı Türkiyə ilə uzun tarixə malikik, onlara xidmət göstərilməlidir. Müəyyən vaxtın keçdiyini nəzərə alaraq, mövcud sistemlərə hərtərəfli xidmət göstərməyi təklif edirik. Çünki onların müvafiq döyüş vəziyyətində saxlanılması zəruridir. Bu ən azı elementar texniki qulluq tələb edir”, - rusiyalı məmur deyib. Onun sözlərinə görə, Rusiya Türkiyə ilə hərbi-texniki əməkdaşlığın istənilən sahəsini müzakirə etməyə hazırdır və bununla bağlı heç bir məhdudiyyət görmür. Xatırladaq ki, Ankara Moskvadan 2,5 milyard dollara dörd divizion S-400 ZRK alıb. Alqı-satqı müqaviləsi 2017-ci ildə imzalanıb və ilk tədarüklər 2019-cu ilin iyulunda başlayıb. “Rosoboroneksport” şirkətinin məlumatına görə, 23 oktyabr 2019-cu ildə raketlər və avadanlıqlar daxil olmaqla, bütün çatdırılma öhdəlikləri vaxtından əvvəl yerinə yetirilib. 2020-ci ilin dekabrında isə Rusiyanın “Rostex” şirkəti Türkiyənin S-400 raket sistemləri üçün tam ödəniş etdiyini təsdiqləyib. Həmin ilin payızında Türkiyə ərazisində S-400-lərin uğurlu sınaq buraxılışları həyata keçirilib.

Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azvision.az

2Mənbələr