AZ

Rusiya Lyayeni qəzaya uğratmaq istəyib? Kremldən iddialara cavab

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin təyyarəsinin GPS sistemindəki nasazlığa Rusiyanın səbəb olması barədə yayılan məlumatı təkzib edib.

Bakupost.az xəbər verir ki, Peskov bunu Britaniyanın “The Financial Time”s qəzetinə açıqlamasında bildirib.

Qeyd edək ki, bundan əvvəl nəşr yazmışdı ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin olduğu təyyarə Bolqarıstana eniş edərkən naviqasiya sistemində nasazlıq yaranıb. Bunun Rusiyanın təyyarənin GPS-ini sıradan çıxaran hücumu nəticəsində baş verdiyi bildirilirdi.

Aysel,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
85
www.bakupost.az

1Mənbələr