"Fələstini tanımaqdan ötrü bütün amilləri qiymətləndirəcəyik. Sentyabrın ikinci yarısında bu məsələ üzrə qərar çıxarıla bilər",– nazir söyləyib.
Xatırladaq ki, Avstraliya, Britaniya, Fransa, Kanada və digər bir sıra dövlət bu yaxınlarda müxtəlif şərtlər altında Fələstini rəsmi dövlət kimi tanıyacaqlarını bildiriblər. Maraqlıdır ki, Almaniya bu tendensiyadan uzaq durur. Kansler Fridrix Merts açıq surətdədiqqətə çatdırıbki, Fələstini tanımaq üçün şərait məqbul deyil:
"Almaniya sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında qərb müttəfiqlərinin Fələstin Muxtariyyətini rəsmi dövlət kimi tanımaq təşəbbüsünə qoşulmayacaq".
![]() |
Paris Fələstində səfirlik açacaq |
Digər tərəfdən, rəsmi Paris isə, Berlinin əksinə, Fələstini tanımaqla yanaşı ölkələr arasında qarşılıqlı şəkildə səfirliklərin açılmasını da nəzərdən keçirir.
Firudin Həmidli
AzVision.az