AZ

Ukraynanın Rusiyaya qaçan keçmiş lideri Kiyevə xəbərdarlıq etdi

BAKI, 1 sentyabr. TELEQRAF

“NATO-ya qoşulmaq Ukrayna üçün fəlakət və birbaşa vətəndaş müharibəsinə aparan yol olardı”.

Teleqraf xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç deyib.

“Mən bu prosesə - Ukraynanın Avropa İttifaqına daxil olmasına nəzarət edirdim. Mən həmişə Ukraynanın NATO-ya daxil olmasının qəti və inamlı əleyhdarı olmuşam. Həmişə başa düşmüşəm ki, bu, Ukrayna üçün fəlakətdir. Bu, heç yerə aparan yoldur. Bu, vətəndaş müharibəsinə aparan birbaşa yoldur”, - o qeyd edib.

Yanukoviç Rusiya Prezidenti Vladimir Putinin Qərbin davamlı olaraq Kiyevi NATO-ya cəlb etmək cəhdlərinin “Ukraynada münaqişənin əsas səbəblərindən biri” olması barədə bəyanatını belə şərh edib:

“Bəli, Vladimir Vladimiroviç tamamilə haqlıdır”.

Xatırladaq ki, Viktor Yanukoviç 2010-2014-cü illərdə Ukraynanın prezidenti olub. Həmin il ölkəsində baş verən çevriliş nəticəsində devrilən Ukraynanın keçmiş lideri Rusiyaya qaçıb. Yanukoviç Ukraynada vətənə xəyanətdə ittiham olunur.

Seçilən
82
teleqraf.com

1Mənbələr