“Qarabağ” Sambu Sumano transferindən imtina etdi
İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi “Loryen” klubunun hücumçusu Sambu Sumanonun transferini reallaşdırmaqdan vaz keçib.
Məlumata görə, Liqa 1 klubu qiyməti 3,5 milyon avroya qədər endirsə də, Ağdam təmsilçisi təklifini 2,5 milyon avro və bonuslarla məhdudlaşdırıb. Nəticədə, danışqlar dayandırılıb.
Hazırkı mərhələdə Sambu Sumanonun “Loryen”də qalması gözlənilir. Fransız klubu hücumçu üçün hələlik əvəzləyici futbolçu tapmayıb.