AZ

İlon Maskın atası: “Rus qadınları sadəcə inanılmazdır”

Amerikalı iş adamı İlon Maskın biznesmen atası Errol Mask Rusiya paytaxtını əsl inci və ideal şəhər adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, İspaniyanın "El Mundo" qəzetinə müsahibəsində deyib.
 

"Moskva əsl mirvaridir. Hər şey təmiz və səliqəlidir. Tamamilə təhlükəsizdir. Bu, ideal şəhərdir. Rus qadınları isə sadəcə inanılmazdır. Onların hamısı model ola bilər. Serblərlə yanaşı, onlar dünyanın ən gözəl qadınlarıdır" – o qeyd edib.


İyun ayında Moskvaya səfər edən Errol Mask əlavə edib ki, oğlu İlon ondan səfəri ləğv etməyi xahiş edib:

"Amma getdim. Çox bəyəndim".

Bizim.Media

Seçilən
8
1
bizim.media

2Mənbələr