AzVision.az xəbər verir ki, belə açıqlama səsləndirən Rusiya baş nazirinin müavini Aleksey Overçuk bu zaman bütün amillərin ölçülüb-biçilməsinin nəzərə alınması zərurətinə diqqət çəkib.
“Nikolay Vovayeviç Paşinyan bu yaxınlarda qeyd edib ki, eyni zamanda Aİİ və Aİ-yə üzv olmaq mümkün deyil. Əgər nə vaxtsa belə bir qərar verilərsə, əminəm ki, bu və ya digər istiqamətdə qərarların qəbuluna təsir göstərən müxtəlif amillər nəzərə alınacaq”,- Aleksey Overçuk jurnalistlərə açıqlamasında deyib.
Xatırladaq ki, ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan həqiqətən də bildirib ki, İrəvan Aİİ və Aİ-yə eyni vaxtda üzvlüyün mümkünsüzlüyünü başa düşür.
“Qaçılmaz seçim anı gələndə biz müvafiq qərar qəbul edəcəyik. İstənilən ssenari mümkündür və hər şey erməni xalqının iradəsindən, vəziyyətin təhlilindən, perspektivlərdən, danışıqların nəticələrindən asılı olacaq”,- Paşinyan vurğulayıb.
Həmin bəyanatdan əvvəl Paşinyan Overçukla İrəvanda keçirdiyi görüşdə Ermənistan və Rusiya arasında ikitərəfli gündəliyə aid məsələləri, o cümlədən ticarət dövriyyəsinin dinamikası və birgə proqramların həyata keçirilməsi prosesini müzakirə edib.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta