Çin səddini aşan SİYASƏT- Qlobal proseslərə töhvə verən LİDER
Siyasi şərhçi Əziz Əlibəyli Ajans.az-a mövzu ilə bağlı açıqlama verib. O bildirib ki, müharibələrin artması və qarşıdurmaların kəskin fazaya keçməsi bir tərəfin alternativ axtarışına gətirib çıxarmalı idi. Amma Rusiya( dağıdıcı siyasəti) və ABŞ timsalında gördük ki, bu alternativi qəbul etmək istəmir. Nəticə etibarilə, dünyada İkinci Dünya Müharibəsindən sonra ilk dəfə, müharibə içərisində olma ehtimalı yaxınlaşır. Onun fikirlərinə əsasən, burada belə bir məqam da var. Prosesləri qabaqlayıb Vin-vin prosesini tətbiq etmək istəyən siyasətçilər də var. Onlardan biri cənab İlham Əliyevdir. Onun ideyasını bu gün Tramp bütün ölkələrə qarşı “müharibənin alternativi iqtisadi əməkdaşlıqdır” prinsipini tətbiq etməmişdən əvvəl biz bunu edirdik. Lakin Ermənistanı başa sala bilmirdik ki, o da bu reallığı qəbul etsin. Azərbaycan ərazilərini işğal edib tarixi baxımdan qonşuluq münasibətlərini davam etdirmək və yanaşı yaşamaq mümkün deyil. Bu baxımdan Azərbaycan 44 günlük müharibədə qalib olduqdan sonra, 3+3 prinsipi, Ermənistanla aparılan sülh danışıqları bariz nümunədir. Həm də Vaşinqtondakı görüşdən məlumdur ki, Azərbaycan beynəlxalq siyasi xətti izləyir. İndiki ŞƏT konfransına dəvət olunması, xüsusi diqqət göstərilməsi, karteclər ilə qarşılanma, Kommunist Partiyası tərəfindən əlahiddə qəbul edilməsi və ölkə rəhbəri kimi qlobal proseslərə töhfə verən şəxs kimi qəbul olundu. Ekspert qeyd edib ki, unutmaq olmaz ki, Azərbaycan 30 ildən çox bu işğalın əziyyətini çəkdi. Ölkələrin ərazisinə hörmət, onun pozulmamasına, bütövlüyünə, əməl etmək beynəlxalq aləmdə Azərbaycan üçün ən həssas nöqtə olub. Hətta Tayvan məsələsində Çini dəstəkləmək buna nümunədir. Son zamanlar gündəmdə olan Zəngəzur məsələsində Azərbaycanın istədiyi olur və proses dəyişmir. Lakin burada Ermənistanı da xilas etmək lazımdır. Dünyadakı 8 milyon erməni Ermənistandakı 2 milyon erməninin üzərində oyun oynayır və onlara zərbələr endirir. Bu məsələdən qaçmaq nisbətən çətindir. Bu məsələlərin həlli hələ ki, gözlənilir.
