AZ

Telekanal: Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayır

Hindistan yenidən Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) tamhüquqlu üzvlük verilməsinə qarşı çıxıb.

Bu barədə MilliYol.az "AnewZ"a istinadən xəbər verir.

Pekin Çində keçirilən ŞƏT sammitində Azərbaycanın ərizəsini dəstəklədiyini təsdiqləyib və onun "Şanxay ruhu" prinsiplərinə uyğun olduğunu qeyd edib.

"Öz növbəsində, vəziyyətlə tanış olan rəsmi şəxslər "AnewZ"a bildiriblər ki, Hindistanın qərarı çoxtərəfli diplomatiya və "Şanxay ruhu" prinsiplərinə ziddir. Bu prinsiplər ikitərəfli mübahisələrin çoxtərəfli platformalara köçürülməsinin yolverilməzliyini nəzərdə tutur. Bu məlumatlara əsasən, Hindistanın mövqeyi Azərbaycanın Pakistan ilə qardaşlıq münasibətləri ilə sıx bağlıdır", - telekanal qeyd edib.

Telekanalın müsahiblərindən biri qeyd edib ki, belə addımlar Azərbaycanın strateji kursunu dəyişmir, yalnız Hindistan siyasətinin məhdudluğunu nümayiş etdirir.

 

Seçilən
9
5
milliyol.az

6Mənbələr