AZ

Trend-in həmişə fərqli, qətiyyətli və prinsipial mövqeyi olub - Çingiz Abdullayev

Bakı. Trend:

2025-ci il sentyabrın 1-də Trend BİA mühüm mərhələni -yaranmasının 30 illiyini qeyd edir.

Bu illər ərzində Trend kiçik redaksiyadan Cənubi Qafqaz, MərkəziAsiya və Xəzər regionunda mühüm hadisələri işıqlandıran, regiondaaparıcı və nüfuzlu çoxdilli agentliklərdən birinə çevrilib.

Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlikbütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələrarasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiyamedia bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrindəlazımi platformalar yaradılıb və onların əsasında agentlik buregionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibiÇingiz Abdullayev Trend-in 30 illiyi ilə bağlı fikirlərinibölüşüb.

O qeyd edib ki, Trend-in həmişə fərqli, qətiyyətli və prinsipialmövqeyi olub:

"Trend Beynəlxalq İnformasiya Agentliyini 30 illik yubileyimünasibətilə təbrik edirəm. Agentliyin Fəaliyyətində uğurlar arzuedirəm. Trend-in həmişə fərqli, qətiyyətli və prinsipial mövqeyiolub. Əminəm ki, Trend Azərbaycanımızın və xalqımızın mənafeyi üçünhər zaman belə qalacaq.

Trend Azərbaycan xəbərlərini dünyaya çatdırmaq işində də çoxböyük rol oynayır. Xüsusilə də Avropanın aparıcı media qurumlarıilə əlaqələr, Xəzər regionu, Cənubi Qafqaz, Mərkəzi Asiya və digərbeynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin oxucularaçatdırılması Trend-in əsas hədəflərindəndir. Bu şərəfli işinizdəkollektivə yeni uğurlar arzulayıram. Yubileyniz mübarək!"

Seçilən
44
2
az.trend.az

3Mənbələr