Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.
AzVision.az xəbər verir ki, Rusiya Arktika və Antarktika elmi-tədqiqat İnstitutunun (AAETI) mətbuat xidmətinin öz Telegram-kanalında yaydığı məlumatda belə deyilir. “Aysberqdən sahəsi 60-300 kvadrat kilometr arasında olan üç parçası qopub. İyunun əvvəlində “A23a” aysberqinin ərazisi 2730 kvadrat kilometr idi ki, bu da Moskvanın ərazisi ilə müqayisə edilə bilər. Sentyabrın əvvəlində isə aysberqin sahəsi 1750 kvadrat kilometr (təxminən Sankt-Peterburqun ərazisi qədər) qiymətləndirilir”, - xəbərdə bildirilir. Sentyabrın 1-nə olan məlumata görə, aysberq Atlantik okeanında Cənubi Corciya adasından 70 kilometr şimala doğru sürüklənir. “A23a” aysberqi 1986-cı ildə Qərbi Antarktidanın Filçner buz şelfinin kənar hissəsindən qopub. O vaxt buzlağın sahəsi 4170 kvadrat kilometr hesab edilirdi. 30 ildən çox Mərkəzi Ueddel dənizində lövbər saldıqdan sonra o, Antarktika sahil xətti boyunca hərəkət etməyə başlayıb və 2023-cü il noyabrın ortalarına qədər açıq suya çıxıb. Sürüşməyə davam edən “A23a” 2025-ci ilin əvvəlində Cənubi Corciya adasına yaxınlaşıb.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.