Bakı. Trend:
Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Olimpiadası(ICPC) dünyada İKT sahəsində ən qədim və şübhəsiz ki, ən vacibicmalardan biridir.
Trendxəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri TalehKazımov Bakıda keçirilən Beynəlxalq Tələbə ProqramlaşdırmaOlimpiadasının (ICPC) 49-cu dünya finalının açılış mərasimindəbildirib.
T.Kazımov qeyd edib ki, bu gün Bakıda 100-dən çox universitettoplaşıb.
“İKT – yeni ideyaların yarandığı bir məkan olmaqla yanaşı, dahaönəmlisi, din və texnologiyaların gələcəyinin formalaşdığı birsahədir. Bu, bizim region üçün də çox vacibdir. Çünki gənc nəsilgələcək imkanları, xüsusilə də texnologiya sahəsində inkişafetdirməklə böyük ümidlər qazanır”, – deyə o vurğulayıb.
Sədrin sözlərinə görə, nəzarət, bilik, süni intellekt,kibertəhlükəsizlik və digər bu kimi məsələlər bəşəriyyətin gələcəyiüçün son dərəcə önəmlidir.
“Bunlar həm sektorumuzun və iqtisadiyyatımızın maliyyəsabitliyi, həm maliyyə icmasının genişlənməsi, həm də, təbii ki,maliyyə icmamızın iştirakçılarının hüquqlarının qorunması deməkdir.Mənim üçün isə bu xüsusi əhəmiyyət daşıyır. ICPC-nin Azərbaycandakeçirilməsi mənim üçün çox şəxsi bir hadisədir. Çünki hələ 1999-cuildə mən ilk qonorarımı kiçik bir anbar, kiçik bir supermarketşəbəkəsi üçün proqram hazırlayaraq qazanmışdım”, – deyə sədr əlavəedib.